2-ci Liqanın bombardiri yeni klubu ilə müqavilə bağladı

2-ci Liqanın bombardiri yeni klubu ilə müqavilə bağladı

Ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərovun yeni mövsümə harada başlayacağı bəllidir.

Bunu Fanat.Az-a açıqlamasında Vidadinin özü deyib:

"Yeni mövsümə "Quba"da başlayacağam. Açığı, başqa variantlar da var idi. "Şəmkir" də qalmağımı istəyirdi. Amma real variantlar arasında ən uyğunu "Quba" oldu. Onlar 1+1 illik müqavilə təklif etdilər, mən isə 1 illik anlaşma variantını daha doğru saydım. Artıq hər şey rəsmiləşib. "Quba" ilə 1 illik müqavilə bağladıq. Məqsədim komandama fayda vermək və mümkün qədər çox qol vurmaqdı".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər