Braziliyalı futbolçu Dieqo Souza "Xəzər Lənkəran"a qayıdıb. Fanat.az хəbər verir ki, "sambaçı" Lənkəran klubunun Türkiyədəki düşərgəsinə qoşulub.
26 yaşlı yarımmüdafiəçi ilə yaхın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Dieqo ilə yanaşı başqa bir braziliyalı - Rafael Karletti Burqueno da "Xəzər Lənkəran"ın düşərgəsinə gəlib.
Qeyd edək ki, Dieqo Souza "Xəzər Lənkəran"da 80 oyun keçirib və 4 qol vurub.
Fanat.az