18 yaşlı futbolçu müəmmalı şəkildə öldü

18 yaşlı futbolçu müəmmalı şəkildə öldü
Şotlandiyanın “Hibernian” klubunun futbolçusu Devid Pol 18 yaşında dünyasını dəyişib. Fanat.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin meyiti Edinburq şəhərindəki evindən tapılıb.
 
Onun vaxtsız ölüm səbəbinə dair heç bir dəlil yoxdu. Atası Qordon Pol Devidin ölümündən sarsıldıqlarını bildirərək, çətin gündə dəstək verən hər kəsə minnətdarlıq edib.
 
Klub rəhbərliyi isə ailəyə hər cür köməklik göstərməyə hazır olduğunu bəyan edib.
Lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər