Daha bir futbolçu vəfat edib. Fanat.az xəbər verir ki, Türkiyənin həvəskarlar liqasında çıxış edən "Siyavuşpaşaspor"un 16 yaşlı üzvü Muhammet Alihan Gürbüz məşqdə özünü pis hiss edib.
Hadisə yerinə çağırılan ambulans gənc futbolçuya ilkin tibbi yardım göstərib və xəstəxanaya aparıb. Lakin Alihanın həyatını xilas etmək mümkün olmayıb. Cəmi 1 ay əvvəl futbolçu lisenziyası alan 16 yaşlı oyunçunun ölümünə ürək tutması səbəb olub.
Fanat.az