Dortmund "Borussiya"sının U-17 komandasında sərgilədiyi oyunla hər kəsin diqqətini çəkən Yussufa Mukoko böyük məbləğdə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, 49 oyunda 76 qola imza atan 14 yaşlı futbolçunu "Barselona" və PSJ başda olmaqla bir çox Avropa nəhəngi heyinə qatmaq istəyir. Amma böyük komandalardan öncə bir şirkət onunla müqavilə bağlayıb.
"Bild"in məlumatına görə, Mukoko idman geyim markası "Nike" ilə anlaşma imzalayıb. Kamerun əsilli futbolçu bu müqavilədən 10 milyon avro qazanacaq.
Fanat.Az