13 yaşlı futbolçu atasının qollarında can verdi

13 yaşlı futbolçu atasının qollarında can verdi
İstanbulun U-14 liqasında çıxış edən "Sultanbəyli Bələdiyyəspor" klubunun futbolçusu Yavuzhan Gemici vəfat edib. Fanat.az xəbər verir ki, 13 yaşlı oyunçu meydanda dünyasını dəyişib.
Özü də o, atasının gözləri qarşısında vəfat edib. Belə ki, Yavuzhanın atası oğlunun məşqini izləmək üçün stadiona yollanıb və tribunada əyləşib. Bu zaman qarnında qəfil ağrılar başlayan Yavuzhan bunu baş məşqçiyə deyib. Çalışdırıcı futbolçunu məşdən azad edib aə o, triubunadakı atasının yanınan yollanıb. Təcili xəstəxanaya yollanan Gemici atasının qollarında can verib.
Artıq İstanbul Prokurorluğu ölüm faktı ilə bağlı araşdırmalara başlayıb. Yavuzhanın ölüm səbəbi isə məhkəmə tibbi ekspurtizadan sonra bilinəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər