100 milyonluq transfer "Barselona"nın təklifini qəbul etdi

100 milyonluq transfer "Barselona"nın təklifini qəbul etdi
Filipe Kountinyonu 160 milyon avroya (120 milyon avro nağd və 40 milyon avro bonus) "Liverpul"dan transfer edən "Barselona" daha bir arzusuna çatır. Fanat.Az xəbər verir ki, Kataloniya klubu Antoine Qrizmannın transferini yekunlaşdırır.
Kluba yaxınlığı ilə tanınan "Sport" qəzetinin məlumatına görə, "Barselona" artıq fransız ulduzla anlaşma əldə edib. "Atletiko" Qrizmannı Premyer Liqa klublarından birinə satmaq istəsə də, futbolçu "Barselona"ya getmək qərarı verib.
Məlumata görə, "Barselona" bu transfer üçün "Atletiko"ya ən azı 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, Qrizmann bu mövsüm meydana çıxdığı 25 rəsmi oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər