100 milyon avroluq futbolçudan şok xəbər

100 milyon avroluq futbolçudan şok xəbər
"Real" Qaret Beyldən bəd xəbər alıb. Fanat.az xəbər verir ki, "Kral Klubu"nun 100 milyon avroya transfer etdiyi futbolçu zədələnib.
Bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib ki, müayinə zamanı futbolçunun sol ayağında zədə aşkarlanıb. Onun meydana nə vaxt dönəcəyi ilə bağlı açıqlama verilməyib. Bu səbəbdən Beylin adı "Kopenhagen"lə bu gecə keçiriləcək Çempionlar Liqası oyununun heyətindən çıxarılıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər