Türkiyədə ilginc transfer baş tutub. Fanat.Az xəbər verir ki, futbolçu 10 kq zeytun yağı qarşılığında bir ay komandanın formasını geyinəcək.
5 ildi Türkiyənin həvəskarlar liqasında müxtəlif komandaların formasını geyinən qanalı Məhəmməd Sumaıla yay fasiləsində Bursanın Mundanya rayonunda keçirilən futbol turnirində oynamaq üçün kənd komandası "Yörükalispor"a transfer olunub. Futbolçu kənd komandasında oynamaq üçün pul tələb etməyib. Qanalı oyunçu bir ay davam edəcək turnirdə iştirakına görə kəndlilərdən özlərini yetişdirdikləri zeytundan hazırlanmış 10 kq yağ alacaq.

Fanat.Az