Zidanın transfer siyahısı açıqlandı

Zidanın transfer siyahısı açıqlandı
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssis istədiyi futbolçuların siyahısını prezident Florentino Peresə təqdim edib.
Zidan "Real" rəhbərliyinin uzun müddətdi Madridə gətirməyə çalışdığı Eden Hazardın alınmasını istəyib. "Çelsi"nin liderinin yayda "Real"a üz tutacağı böyük ölçüdə həllini tapıb. Çünki Belçika millisinin üzvü ilə hərtərəfli anlaşma əldə edilib və yalnız "zadəganlar"ı bu keçidə razı salmaq qalıb. 
Zidanın onunla yanaşı "Çelsi"nin digər yarımmüdafiəçisi Nqolo Kanteni də istəyir. 
"Real" uzun müddətdi PSJ-dən Neymar və Kilian Mbappedən birini almaq istəyir. İddiaya görə, Zidan bununla bağlı qərar verib. Neymardan imtina edən mütəxəssis Mbappeni istəyib. 
Zidanın transfer siyahısında "İnter"dən Mauro İkardi də ye alıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər