Zidan 20 yaşlı gəncin transferini əsas hədəf sayır

Zidan 20 yaşlı gəncin transferini əsas hədəf sayır
"Real” Leverkuzen "Bayer”inin yarımmüdafiəçisi Kay Havertslə maraqlanır.
Fanat.Az xəbər verir ki, "Le10sport” Madrid təmsilçisinin çalışdırıcısı Zinəddin Zidanın 20 yaşlı oyunçunun transferini əsas hədəflərdən biri saydığını yazıb.
Bu mövsüm Haverts yetirməsi olduğu "Bayer”in formasıyla bütün turnirlərdə 35 matça çıxıb. 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun transfer qiyməti 100 milyon avrodu.
Gənc orta xətt oyunçusunu istəyən klublar arasında "Barselona”, "Bavariya”, PSJ, "Mançester Yunayted” və "Liverpul” kimi Avropa nəhəngləri də var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər