David De Gea gələn yay "Mançester Yunayted"dən ayrılacaq.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatacaq ispan ulduz klubu ilə yeni anlaşma imzalamaq istəmir.
Qəzetin iddiasına görə, "Mançester Yunayted" qolkiperin müqaviləsindəki 1 illik şərti hissədən istifadə edəcək və onu transferə çıaracaq. "Qırmızı-şeytanlar"ın məqsədi onu 85 milyon avroya satmaqdı.
İtaliyanın "Tuttosport" qəzeti isə yazır ki, De Geanı "Yuventus" transfer etmək istəyir. Turin klubu artıq qapıçının meneceri Xorxe Mendeslə danışıqlara başlayıb. Bu transfer baş tutsa, De Gea futbol tarixinin ən bahalı qapıçısı olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" 28 yaşşlı ispan qapıçını 2011-ci ildə "Atletiko"dan 25 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.
Fanat.Az