"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 14-cü turunda "Lids"dən aldıqları məğlubiyyəti (1:2) şərh edib.
Fanat.Az xəbər verir ki, BBC alman çalışdırıcının dediklərini belə çatdırıb:
"Bu, əsl bəxtsizlik idi. Düşünürdüm ki, yaxşı başlamışıq. Amma sonradan qəribə qol buraxdıq. Ardından hesabı bərəbərləşdirsək də, hansısa səbəbdən özünəinamı geri qaytara bilmədik. Bütün gücümüzlə oyuna nəzarəti ələ keçirməyə çalışırdıq. Lakin çoxsaylı top itkilərinə yol verirdik.
Fərdi səhvlərə gəlincə, təbii ki, komanda oyununun necə alınması məhz ayrı-ayrı futbolçuların çıxışından asılıdır. Hə, ikinci qolu buraxdığımız epizodda yaxşı müdafiə olunmağı bacarmadıq. Rəqibin hücumlarını o şəkildə qarşılamalı deyildik. Bu səbəbdən uduzduq".
Qeyd edək ki, "Liverpul" İPL-in turnir cədvəlində 9-cu, "Lids" isə 15-ci pillədə qərarlaşıb.
Nihat