Yürgen Klopp “Liverpul”da yeni rekord müəyyənləşdirdi

Yürgen Klopp “Liverpul”da yeni rekord müəyyənləşdirdi

İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yürgen Klopp yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis buna Premyer Liqanın 23-cü turunda "Everton"u 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Almaniyalı baş məşqçi Mersisayd təmsilçisində 250-ci qələbəsini qazanıb. Bunu 414-cü oyunda bacaran Klopp klub tarixinə düşüb.

Daha əvvəl "Liverpul"a rəhbərlik etmiş mütəxəssislərdən Bob Peysli 250-ci qələbəsini 448-ci, Bill Şenkli 472-ci, Tom Uotson isə 539-cü qarşılaşmada əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər