21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 4-dən 10-dək Bakıda, noyabrın 11-dən 17-dək isə Maltanın Valetta şəhərində təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız noyabrın 16-da “Hibernians” stadionunda Maltanın U-21 yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Toplanışa 19 futbolçu çağırılıb. Onlardan ikisi legionerdi. Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubundan Taşkın İlter və "Hammer SpVg" komandasından Dursun Akdağ toplanışa dəvət alıb. Bayram Budaqov isə hazırda klubsuzdu.
Qeyd edək ki, Namiq Ələskərov noyabrın 7-də, Taşkın İlter isə noyabrın 15-də komandaya qoşulacaq.
| Məqsəd İsayev | Neftçi |
| Samir Məsimov | Neftçi |
| Elvin Bədəlov | Neftçi |
| Azər Salahlı | İnter |
| Fuad Bayramov | İnter |
| Abbas Hüseynov | İnter |
| Coşqun Diniyev | İnter |
| Rəşad Əzizli | Simurq |
| Vadim Abdullayev | Simurq |
| Şahrudin Məhəmmədəliyev | Sumqayıt |
| Tərlan Əhmədli | Sumqayıt |
| Cəmil Hacıyev | Sumqayıt |
| Elvin Camalov | Qəbələ |
| Sadiq Quliyev | Qəbələ |
| Namiq Ələskərov | Qarabağ |
| Azad Kərimov | Bakı |
| Taşkın İlter | Ayntraxt Braunşveyq (Almaniya) |
| Bayram Budaqov | klubsuz |
| Dursun Akdağ | Hammer SpVg (Almaniya) |
Fanat.az