Yenilər "Barselona"dan havayı ayrıla bilər - SON DURUM

Yenilər "Barselona"dan havayı ayrıla bilər - SON DURUM

"Barselona"nı hələ sifariş edə bilmədiyi iki yeni futbolçusu tərk edə bilər.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Frank Kessye və müdafiəçi Andreas Kristensendir.

Xəbərə görə, hər iki oyunçu "blauqrana"nın La Liqanın 1-ci turu çərçivəsində şənbə günü keçirəcəyi "Rayo Valyekano" ilə oyuna qədər sifariş olunmayacaqları halda, özlərinə yeni iş yeri axtara bilərlər. Çempionatın startına 3 gün qalmış hələ də rəsmən "Barsa"nın oyunçusu sayılmayan Kessye və Kristensenin adı iştirak ərizəsinə düşməyəcəyi təqdirdə, onların hər ikisi Kataloniya klubundan ayrılmaq hüququna yiyələnəcək.

Düzdür, İspaniya nəhənginin digər yeniləri - Robert Levandovski, Rafinya, Jül Kunde və müqavilə yeniləyən futbolçular - Serxi Roberto ilə Usman Dembele də qeydiyyata alınmayıblar. Ancaq Fil Dişi Sahilindən olan Frank və danimarkalı Andreasla bağlı durum fərqlidir. Onlar "Barselona"ya azad agent qismində gəldikləri üçün başqa kluba havayı keçə bilərlər.

Mənbə klub prezidenti Joan Laportanın işi vaxtında görəcəyinə əmin olduğunu, ən pis halda, futbolçuların agentləri ilə danışıb onları avqustun sonunadək gözlədəcəyini vurğulayıb.

Qeyd edək ki, İspaniyada futbolçular avqustun sonunadək qeydiyyata alınır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər