Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTOLAR

Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTOLAR

Ukraynalı futbolçu Oleq Dançenko Yunanıstanın AEK klubundan vətəninə dönüb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Zorya" klubuna icarəyə verilib. Futbolçu yeni klubu ilə müqavilə imzaladıqdan sonra həyatının şokunu yaşayıb.

Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTOLAR

Belə ki, Dançenkonun həyat yoldaşı Viktoriya Dançenko Ukraynanın Odessa şəhəri yaxınlığında avtomobil qəzasına düşərək həlak olub. Onun maşını qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Viktoriyanın avtomobili yararsız hala düşüb və özü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Oleq-Viktorya cütlüyü 24 iyul 2020-ci ildə evlənmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər