U-21-in baş məşqçisi Bernhard Lippertin futbolçuları təhqir etməsi barədə yayılan xəbər barədə məlumat vermişdik. Bir qədər öncə alman mütəxəssisin köməkçiləri - Yaşar Vahabzadə və Babək Alxasovun onun idarəçiliyindən narazılıq edərək, vəzifələrindən getməyi qərara aldıqları haqda məlumat yayılıb.
Fanat.az "Neftçi"nin sabiq yarımmüdafiəçisi ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməsini istədi. Vahabzadə işini davam etdirdiyini bildirməklə yanaşı, söz-söhbətin istənilən komandada olduğunu söylədi: "Lippertlə aramızda heç bir söz-söhbət yoxdu, olmayıb da. Mən də, Babək müəllim də başımızı aşağı sallayıb, işimizi görürük. O ki qaldı futbolçuları təhqir etmək məsələsinə, belə bir şey baş verməyib. Komandanın bütün iclaslarında iştirak etmişəm. Futbolçunun üstünə qışqırmaq, təhqir etmək deyil. Məgər biz futbol oynamamışıq? Bizi də danlayıblar".
Fanat.az