“Xəzər Lənkəran”la “Simurq”un futbolçuları bağışlanmadı

“Xəzər Lənkəran”la “Simurq”un futbolçuları bağışlanmadı

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda “Xəzər Lənkəran”nın futbolçu Qalin İvanovun sarı vərəqəsinin ləğv edilməsi və “Simurq”un futbolçu Draqan Çeranın cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə baxılıb. 

Müzakirələrdən sonra qərarlar qəbul olunub. Qalin İvanovun sarı vərəqəsi və Draqan Çerana verilmiş cəza qüvvədə saxlanılıb.

Qeyd edək ki, III turun "Xəzər Lənkəran"la oyununun 90+2-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan qovulan Draqan Çerana 4 oyunluq cəza verilib. Qalin İvanov isə IV turun "İnter"lə matçının 59-cu dəqiqəsində simulyasiyaya görə sarı vərəqə alıb.7

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər