“Xəzər Lənkəran” 3 futbolçu ilə vidalaşdı

“Xəzər Lənkəran” 3 futbolçu ilə vidalaşdı

"Xəzər Lənkəran" 3 futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bi barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Vanderson Skarduelli, Tyeqo və Fernando Qabriellə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

"Xəzər Lənkəran" hər üç futbolçuya klub qarşısında xidmətlərinə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Tieqo Braziliyanın "Şapekoense", Fernando Qabriel İranın "Persepolis" klubi ilə anlaşıb. Vanderson Skarduelli isə hələ klub tapa bilməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər