Xavinin yeni klubunda ilk açıqlaması: "Barselona" məğlub ola bilməz"

Xavinin yeni klubunda ilk açıqlaması: "Barselona" məğlub ola bilməz"

"Barselona"ya baş məşqçisi təyin olunan Xavi yeni klubunda ilk açıqlamasını verib.

Fanat.Az-ın xəbərinə görə, 41 yaşlı mütəxəssis bunları söyləyib:

“Biz maksimum dərəcədə çalışacağıq. Axı biz "Barselona"yıq, dünyanın ən yaxşı klubu. Və dünyanın ən yaxşı klubu qalib gəlməlidir. O, heç-heçə edib, məğlub ola bilməz. Buna görə də mənim tələblərim olacaq.

Çalışacağıq ki, futbolçuları sevindirək. Çox çalışmaq, qarşıya məqsədlər qoymaq və təbii ki, qalib gəlməyə çalışmaq lazımdır. 

Mən də çətin vəziyyətlərdən keçmişəm. Bu gün "Barselona"nın tarixində ən çətin anlar yaşanır. Mən kluba öz ideyalarımı göstərmək istəyirəm. Komanda işi ən vacibdir".

Qeyd edək ki, 11 matçda 16 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında isə 4 turdan sonra 6 xalla qrupda 2-ci yeri tutur.

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər