Xavinin baş məşqçi təyin edilməsindən sonra "Barselona"nın qış transfer pəncərəsində həyata keçirməyə çalışacağı transferlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Partidazo de COPE" yayıb.
Kataloniya təmsilçisinin ilk hədəfi "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinqdir. İngiltərə millisinin vingerinin heyətə qatılmasını yeni çalışdırıcı da olduqca vacib sayır.
İspaniya yığmasının və Almaniyanın "Layptsiq" klubunun yarımmüdafiəçisi Daniel Olmonun heyətə qatılması da gündəmdədir. Lakin "Layptsiq"in tələbləri üzündən bu keçidi reallaşması yetərincə çətin görünür.
Yayda Usman Dembele ilə vidalaşmağın yollarını arayan rəhbərlik artıq bu futbolçuyla bağlı mövqeyini dəyişib. Xavi klub idarəçilərinə Dembelenin gələcək planlarına daxil olduğunu çatdırıb.
Nihat