"Barselona" ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni müqavilə bağlayacağı gözlənilən Xavinin Kataloniya klubunda görmək istədiyi ulduz hücumçunun kimliyi bəlli olub.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 41 yaşlı çalışdırıcı İspaniya nəhənginin rəhbərliyinə Erlinq Holandın tranfer edilməsinin vacibliyini çatdırıb.
Mənbə Dortmund "Borussiya"sının formasını geyinən norveçli hücumçunun 75 milyon avroya alına biləcəyini də açıqlayıb.
Qeyd edək ki, 21 yaşlı forvard hazırda zədəsini sağaltmaqla məşğuldur. Onun yanvara qədər futbol oynaya bilməyəcəyi ehtimal edilir.
Nihat