Xavili "Barselona"dan inanılmaz rekord

Xavili "Barselona"dan inanılmaz rekord

"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda - "İnter"lə matçda (0-1) qeyri-adi rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi Xavinin rəhbərliyi altında rəqibin qapısı qarşısına 50 asma göndərib ki, onlardan da 35-i standart yox, oyun vəziyyətindən yerinə yetirilib.

Bu, 42 yaşlı mütəxəssisin dönəmində ən yüksək nəticədir.

Xavili "Barselona"dan inanılmaz rekord

Xatırladaq ki, minimal hesablı qələbə sayəsində "İnter" xallarının sayını 6-ya çatdıraraq C qrupunda 2-ci pilləyə yüksəlib. "Bayern Münhen" 9 xalla qrup lideridirsə, 3 xala malik "Barselona" 3-cü pillədə mövqe tutub. "Qarabağ"ı ÇL-in pley-off mərhələsində mübarizədən kənarlaşdıran "Viktoriya Plzen" isə yer aldığı "ölüm qrupu"nda hələ xal qazana bilməyib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər