"Əl Sadd" klubunun baş məşqçisi Xavi "Barselona" ilə danışıqlar apardığı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis məlumatı təkzib edib.
AS-a danışan ispan məşqçi hazırda məzuniyyətdə olduğunu və heçnədən xəbəri olmadığını bildirib.
Qeyd edək ki, bir neçə gün "Barselona"nın sabiq üzvü Qətər klubu ilə müqaviləni yeniləyib. Müqavilədə yer alan bəndə əsasən, Xavi "Barselona"dan təklif alacağı təqdirdə, Qətər klubunu tərk edə bilər.
Röya