"Barselona" prezidenti Joan Laporta komandanın baş məşqçisi Xavi barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
“Biz yeni müqavilə ilə bağlı götür-qoy etmişik. Baş məşqçimizin öz üslubu var. Xavi klubda yaranmış vəziyyəti anlayır".
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından uzun müddət futbolçu qismində şərəfini qoruduğu (1995-2015) "Barselona"nın baş məşqçisidir. Hazırda 62 xalı olan Kataloniya təmsilçisi La Liqanın turnir cədvəlində ilk pillədədir. "Blauqrana" əzəli rəqibi "Real Madrid"i 9 xal qabaqlayır.
Nihat