"Barselona" hazırda icarə əsasında "Yuventus"da çıxış edən Alvaro Moratanı transfer etmək fikrindədir.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, müqavilə ilə "Atletiko Madrid"ə məxsus olan 29 yaşlı hücumçunun keçidi elə də asan olmayacaq. Lakin "blauqrana"nın baş məşqçisi Xavi klub rəhbərliyindən Moratanın keçidini istəyib. 41 yaşlı mütəxəssis artıq ispan futbolçu ilə əlaqə saxlayıb.
Mənbə bildirir ki, Xavi Moratanın kluba gəlməyində israrlıdır.
Xatırladaq ki, Morata "Real Madrid"in yetirməsidir. O, 2010-2014 və 2016-2017-ci illərdə yetirməsi olduğu klubda çıxış edib. Sözügedən forvard 2019-cu ildə "Atletiko Madrid"ə keçib.
Emin