Xavi Messini "Barselona"ya qaytarır

Xavi Messini "Barselona"ya qaytarır

"Barselona"nın baş məşqçisi Xavi klub prezidenti Joan Laportadan PSJ-nin hücumçusu Lionel Messini komandaya qaytarmağı xahiş edib.

Fanat.Az "Sport.es" saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis argentinalı ulduzun Fransa təmsilçisi ilə cari müqaviləsi başa çatdıqdan sonra geri dönəcəyinə ümid edir.

Messinin PSJ ilə sözləşməsinin müddəti 2022/23 mövsümünün sonuna qədər qüvvədədir.

Xatırladaq ki, Lionel Messi 2000-2021-ci illərdə "Barselona"nın formasını geyinib. Ötən il Kataloniya klubunu tərk edərək azad agent qismində PSJ-yə keçib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər