"Barselona"nın baş məşqçisi Xavi klubun Robert Levandovskini transfer etməyə çalışdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" 42 yaşlı mütəxəssisin açıqlamasından sitat təqdim edib:
“Levandovski seçimlərdən biridir. Danışıqlar gedir, onun müqaviləsinin bitməsinə bir il qalıb. Bu asan olmayacaq.
Ancaq Laporta mənə dedi ki, heyəti gücləndirə bilərik, buna inam var. Biz plan hazırlamışıq və onun həyata keçirilməsinə nail olmağa çalışacağıq”.
Bu arada, "Bayern Münhen"in idman direktoru Oliver Kan bildirib ki, Levandovski müqaviləsini sonuna qədər heç yerə getməyəcək.
Bu mövsüm Levandovski bütün turnirlərdə 46 oyun keçirib, 50 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mirağa