"Barselona" baş məşqçisi Xavi ilə müqaviləni yeniləyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Kataloniya təmsilçisi ispaniyalı mütəxəssislə sözləşmənin müddəti 2026-ci ilə qədər uzatmağı planlaşdırır.
"Barselona" Xavinin rəhbərliyi altında komandanın çıxışından razıdır. 43 yaşlı məşqçi özü də bu klubda xoşbəxtdir və müqaviləni yeniləməyə hazırdır.
Qeyd edək ki, Xavi 2021-ci ildən "Barselona"ya rəhbərlik edir.
Röya