"Barselona"nın sabiq yarımmüdafiəçisi, hazırda Qətər "Əl-Sədd"ini çalışdıran Xavi "Barselona"ya baş məşqçi təyin ediləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano 41 yaşlı mütəxəssisin söylədiklərini şəxsi "Tvitter" hesabından ictimaiyyətə çatdırıb:
"Əl-Sədd"əki işimə köklənmişəm. Başqa nədənsə danışmaq istəmirəm".
Xatırladaq ki, "Barselona" rəhbərliyi dünən İspaniya Primyerasında "Rayo Valyekano"ya 0:1 hesablı məğlubiyyətdən sonra Ronald Kumanı istefaya göndərib.
Nihat