Xavi "Barselona"nın tarixinə düşdü

Xavi "Barselona"nın tarixinə düşdü

İspaniya La Liqasında 29-cu turunda  "El Klasiko" baş tutub. 

Fanat.Az xəbər verir ki, "Barselona" səfər meydanında "Real Madrid"i 4:0 hesabı ilə məğlub edib. 

Bu görüş KKataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes üçün əlamətdar olub.  

42 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin sükanı arxasında ilk El-Klasikoda 4 top fərqi ilə qələbə qazanan ikinci mütəxəssis olub.

İspaniyalı bu göstərici ilə 1958 - 1960 və 1979 - 1981-ci illərdə komandaya rəhbərlik etmiş Elenio Erreranın nəticəsini təkrarlayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər