İspaniya millisinin sabiq futbolçusu Xavi Hernandez "Barselona" klubunun baş məşqçisi postuna təyin olunub.
Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, "Əl-Sədd" "blauqrana"nın onlara 5 milyon avro məbləğində təzminat ödədiyini təsdiqləyib.
Qətər təmsilçisinin baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında bildirib ki, "Biz "Barselona" ilə gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik. Xavi "Əl-Sədd" tarixinin mühüm hissəsidir, ona gələcək karyerasında uğurlar arzulayırıq".
"Barselona"nın gün ərzində keçidi açıqlayacağı gözlənilir.
Emin Şəmsiyev