"Xabini tanıyıram, bilirəm ki, onun arzusu "Liverpul"u çalışdırmaqdır"

"Xabini tanıyıram, bilirəm ki, onun arzusu "Liverpul"u çalışdırmaqdır"

"Bayern Münhen"in və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun yayda iş yerini dəyişə biləcəyini deyib.

Fanat.Az xəbər verir ki, "Sport1" onun dediklərini belə çatdırıb:

"Mən Xabini tanıyıram, bilirəm ki, onun arzusu "Liverpul"u çalışdırmaqdır. Hadisənin yayda baş verə biləcəyini, Alonsonun İngiltərə təmsilçisinə rəhbərlik edəcəyini düşünürəm".

Xatırladaq ki, "Liverpul"un indiki baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda İngiltərə nəhənginindən ayrılacağını açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər