“Zenit”in veteran futbolçusu Vladimir Dolqopolov həbs olunub. Fanat.az xəbər verir ki, 1984-cü ildə Sankt-Peterburq klubunun heyətində SSRİ çempionu olan 52 yaşlı veteran futbolçu həyat yoldaşını öldürməkdə ittiham olunur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Dolqopolovun həyat yoldaşı ilə mübahisə etdiyini və ona ağır bədən xəsarətləri yetirdiyini iddia edirlər. Məhz bu xəsarət nəticəsində də, veteran futbolçunun həyat yoldaşı dünyasını dəyişib.
Dolqopolov 2009-cu ildən “Zenit”də menecer vəzifəsində çalışır və veteranlarla iş üzrə fəaliyyət göstərirdi.
Fanat.az