Univesitetlər arası futbol yarışına start verilib

Univesitetlər arası futbol yarışına start verilib

"UniCup I Univesitetlərarası futbol kuboku" layihəsinin seçim və təqdimat mərasimi keçirilib. Fanat.az xəbər verir ki, layihənin rəhbəri Türkiyənin Balıkəsir Universitetinin tələbəsi Taleh İbadovdur. Layihə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gəncliyin Elmi-Mədəni İnkişafının təşkilatçılığı ilə keçirilir. 

Futbolsevərlərin, eləcə də QHT və KİV nümayəndələrinin iştirak etdiyi mərasimdə GEMİ-nin sədri Sərdar Yusifoğlu çıxış edərək layihənin məqsədi haqda danışıb: 

“Gənclərin fiziki inkişafının təmin edilməsi vacib amildir. Bizm də məqsədimiz gənclərin futbola olan marağını artırmaq, asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək göstərməkdir”. 

Layihənin rəhbəri Taleh İbadovsa çıxış edərək hələ məktəbli ikən futbola marağının olduğunu deyib: “İndi isə tələbəyəm. İstəyirəm ki, tələblər arasında futbola maraq daha da artsın”.

Qeyd edək ki, çempionatda bu ali məktəblərin tələbə komandaları iştirak edəcək: Azərbaycan Memarlıq və İnşaat Universiteti 2.Azərbaycan Texniki Universiteti 3.Azərbaycan Dövlət Pedaqoji Universiteti 4.Azərbaycan Dövlət Neft Akademiyası 5.Bakı Dövlət Universiteti 6.Bakı İslam Universiteti 7.Xəzər Universiteti 8.Odlar Yurdu Universiteti. 

3 gün davam edəcək çempionatın qaliblərinə kubok, medal və sertifikatlar təqdim olunacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər