Ulduz hücumçu "Barselona" ilə 2 illik müqavilə imzaladı

Ulduz hücumçu "Barselona" ilə 2 illik müqavilə imzaladı
Bu mövsümün sonu "Mançester Siti"dən ayrılacaq Serxio Aquero "Barselona" ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış italiyalı jurnalist Fabritsio Romano özünün "Twitter" səhifəsində yazıb. O, 32 yaşlı hücumçunun 2 illik müqaviləyə qol çəkdiiyni bildirib.
Kataloniya təmsilçisinin transferi Çempionlar Liqasının finalından sonra açıqlayacağı vurğulanıb.
Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb. Argentinal bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər