İtaliya A seriyasında uğursuz mövsüm keçirən “Milan”ın futbolçusu Salli Muntarı müasir həyatla ayaqlaşır. Fanat.az xəbər verir ki, qanalı yarımmüdafiəçi özünə sonuncu model olan “Mercedes” Cip avtomobili alıb.
900 min dollar dəyərində olan maşının özəlliklərindən biri də altı təkərli olmasıdı.
Qeyd edək ki, Qana yığmasının futbolçusu bir dəfə Almaniyaya qarşı keçirdikləri oyundan əvvəl maraqlı addım atmışdı. Braziliyada Maseyo şəhərində kasıb ailələrin məskunlaşdığı məhəlləyə gedən futbolçu burada yaşayan kasıb insanlara maddi köməklik göstərmişdi.
Fanat.az