"Liverpul”un və İngiltərə millisinin üzvü Adam Lallana meymunların hücumuna məruz qalıb. Fanat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatına futbolçunun özü danışıb.
Futbolçu bildirib ki, oğlu ilə birlikdə Liverpul şəhəri yaxınlığında yerləşən "Nousli Safari Park” ərazisində gəzişərkən avtomobillərinə meymunlar hücum edib: "Mən övladımla "Nousli Safari Park”a getmişdim. Orada meymunlar bizə hücum etdi. Geri qayıdanda artıq avtomobilim əzilmişdi. Çətin ki, bir də ora gedəm”.
Avtomobilə dəyən zərərin də böyük olduğu deyilir.
Fanat.az