Ukraynalı futbolçu "Barselona" yolunda 

Ukraynalı futbolçu "Barselona" yolunda 

Ukraynalı müdafiəçi Aleksandr Zinçenko karyerasını "Barselona"da davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.

Ukraynalı futbolçu "Barselona" yolunda 

Mənbə Kataloniya təmsilçisinin "Çelsi"nin futbolçusu Markos Alonsonu heyətinə qata bilməyəcəyi halda, bütün diqqətini Zinçenkonun transferinə yönəldəcəyini açıqlayıb.

Daha öncə Ukrayna millisinin sözügedən üzvünün "Mançester Siti"ni tərk etməyə hazır olduğu bildirilmişdi.

Zinçenkonun "şəhərlilər"lə olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər