Türkiyənin 3-cü liqa klubu Eden Hazardı transfer etmək istəyir

Türkiyənin 3-cü liqa klubu Eden Hazardı transfer etmək istəyir
Türkiyənin 3-cü liqa klubu "Kırşəhər Bələdiyyəspor" klubu "Çelsi"nin və Belçika millisinin üzvü Eden Hazardı transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın məşhur statistika saytı "Transfermarkt"da məlumat yerləşdirilib.
Belə ki, Hazardın "Transfermarkt"dakı səhifəsində onu transfer etmək istəyən klublara dair "söyləntilər" bölümündə "Kırşəhər Bələdiyyəspor"un da adı yer alıb.
Səhv və ya qəsdən edildiyi bilinməyən qeyd oxucuların gözündən yayınmayıb. 
 
Türkiyənin 3-cü liqa klubu Eden Hazardı transfer etmək istəyir
Qeyd edək ki, "Transfermark" Eden Hazarda 150 milyon avro qiymət qoyub. Belçikalı ulduzun yayda "Real"a transfer olunacağı deyilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər