Türkiyə klubu ilə müqaviləsinə xitam verdi

Türkiyə klubu ilə müqaviləsinə xitam verdi

İtaliyalı futbolçu Andrea Bertolaççi Türkiyənin “Kayserispor” klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Kayseri klubu ilə müqaviləyə birtərəfli qaydada xitam verib.

Bertolaççi bu ilin yanvar ayından “Kayserispor”un uğurları üçün çalışırdı. İtaliya milli komandasının sabiq üzvü Super Liqa klubunda 22 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, Türkiyədə daha öncə “Fatih Karagümrük”ün də uğurları üçün çalışıb. “Roma”nın yetirməsi olan yarımmüdafiəçi, “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da forma geyinib, İtaliya yığmasında 5 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər