Türk klubundan yeni transfer

Türk klubundan yeni transfer
Bu mövsüm Türkiyə Super Liqasında çıxış etmək hüququ qazanan "Erzurumspor” klubu heyətini gücləndirməkdə davam edir. 
 
Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, Ərzurum təmsilçisi son olaraq "Yeni Malatyaspor”da çıxış etmiş Arturo Minanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ekvadorlu futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Mina üç mövsüm idi "Yeni Malatyaspor”da çıxış edirdi. 29 yaşlı müdafiəçinin bu klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatmışdı.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər