"Giresunspor" klubuna transfer qadağası qoyulub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, buna Super Liqa təmsilçisinin keçmiş qapıçısı Adriano Fakkiniyə olan 115 min avro məbləğində borcunu ödəməməsi səbəb olub.
Qeyd edək ki, braziliyalı futbolçu 2019/2020 mövsümündə - Giresun klubu I Liqada çıxış edərkən komandanın formasını geyinib.