Türk klubuna transfer qadağası ləğv olundu

Türk klubuna transfer qadağası ləğv olundu
Türkiyənin "Ankaragücü” klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, klub bu qış fasiləsindən etibarən heyətinə yeni futbolçular qata və onları qeydiyyatdan keçirə biləcək.
Qeyd edək ki, "Ankaragücü”nə transfer qadağası ötən ilin sonunda əvvəlki borclarını ödəyə bilmədiyi üçün tətbiq olunmuşdu.
Paytaxt təmsilçisi Super Liqada bu mövsüm keçirdiyi 18 oyunda 15 xal toplayıb və 21 kollektiv arasında 20-ci pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər