Türk futbolçuya fantastik transfer təklif

Türk futbolçuya fantastik transfer təklif
"Milan" "Yuventus"un bu yay transfer etdiyi Merih Demiralı heyətinə qatmaqda israr edir.
Fanat.Az İtaliya mediasına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyə millisinin üzvü üçün 30 milyon avroluq təklifini 45 milyon avroya qaldırıb. Amma "Yuventus" 21 yaşlı stoperi heyətində saxlamaq niyyətindədi.
Turin klubu Demiralı 45 milyon avroya satsa, o, Türkiyə futbol tarixinin ən bahalı futbolçusu olacaq. Hələlik ən bahalı türk futbolçu Arda Turandı. O, "Atletiko"dan "Barselona"ya 41 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, "Yuventus" Merihi bu yay "Sassuolo"dan 18 milyon avroya alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər