Türk futbolçu Avropa nəhənglərinin hədəfində

Türk futbolçu Avropa nəhənglərinin hədəfində
Türk futbolçu Hakan Çalhanoğluna 4 Avropa nəhəngindən təklif gəlib. Fanat.az xəbər verir ki, "Bayer"in forması geyən futbolçu Hakan Çalhanoğlunun atası Hüseyn Çalhanoğlu oğlu ilə bağlı açıqlamar verərək Hakanı transfer etmək istəyən klubların adlarını açıqlayıb. 
O bildirib ki, "Bavariya", "Real", "Atletiko" və "Mançester Siti"dən transfer təklifi gəlib. Hüseyn Çalhanoğlu oğlunun Almaniyada diqqətlə izləndiyini qeyd edib: "Hakanı yay transferi zamanı "Bavariya", "Real", "Atletiko" və "Mançester Siti" kimi klublar istədi. Ancaq, biz "Leverkusen"i seçdik". 
Bu seçimin səbəblərinə də toxunan Çalhanoğlu oğlunun ehtiyatda qalmasını istəmədiyini deyib: "Oğlum bəlkə "Bavariya"nın, "Real"ın heyətində ehtiyatda qala bilərdi. Amma, Leverkusendə davamlı olaraq oynayacaq. "Leverkusen" çempion olarsa o zaman oğlum daha böyük klublara gedəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər