Türk futbol ulduzu çinliləri dəli etdi

Türk futbol ulduzu çinliləri dəli etdi
Türkiyəli tanınmış futbolçu Alparslan Öztürk Çindən gələn transfer təklifinə elə cavab verib ki, çinli futbol rəsmiləri şoka düşüb. Fanat.az xəbər verir ki, Öztürk transfer təklifini qəbul etdiyini, amma gəlirinin 10%-ni uyğur türklərinə bağışlayacağını deyib. 
Məlumata görə, Çinin klublarından birinin rəsmiləri əvvəl Öztürkün meneceri ilə görüşüblər. Menecerdən müsbət cavab alandan sonra futbolçunun özü ilə görüş olub. Alparslan uyğur türkləri barədə istəyi çinliləri şoka salıb və onlar transfer fikirindən daşındıqlarını deyiblər. Onlar həmçinin bu bardə klubun prezidentinə heç nə deməyəcəklərini, çünki belə bir açıqlamanın Çində böyük etirazla qarşılanacağını bildiriblər. Alparslanın reaksiyası isə sadəcə “özünüz bilərsiniz” olub. 
Baş verənləri sosial şəbəkədəki səhifəsində doğrulayan Alparslan Öztürk, Allah Şərqi türküstanlılara yardım etsin deyib: “Olsun, istəməsinlər. Biz hər yerdə çörək qazanarıq. Şərqi Türküstanda insanlar yeməyə çörək tapa bilmir. Allah onlara yardım etsin”. 
Xatırladaq ki, 22 yaşlı türk əslli belçikalı futbolçu Alparslan Öztürk Belçikanın “Beersxot", "Standard", İngiltərənin "Birmingem",  və Türkiyənin “Kasımpaşa” klublarında oynayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər