Tsxadadze: "Maaş almayan oyunçuların sərgilədiyi futbol..."

Tsxadadze: "Maaş almayan oyunçuların sərgilədiyi futbol..."

Kaxaber Tsxadadze "Simurq"la oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi hər iki komandada maliyyə probleminin olduğunu deyib:

"İlk hissədə çox dinamik oyunun şahidi olduq. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri olurdu. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi. Oyundan tam razı deyiləm. Amma 3 xal qazanıb ehtiyatımızı zənginləşdirdik. Son zamanlar hər iki komandada problem var. Bir müddətdi ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdi. Ümid edirəm ki, vəziyyət düzələcək".//pfl.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər