"Qalatasaray" heyətinə ulduz futbolçu qatır.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul kubu sabiq "Barselona"lı Paulinyonu transfer edir.
Məlumata görə, tərəflər artıq böyük ölçüdə anlaşıb. Braziliyalı futbolçunun gələn həftə Türkiyəyə gələrək rəsmi sözləşmə imzalaması gözlənilir. Fatih Terimin israrla istədiyi 32 yaşlı yarımmüdafiəçi PSV ilə Çempionlar Liqası matçlarında heyətdə olacaş.
Qeyd edək ki, Paulinyo 2006-2013-cü illərdə Litvanın "Vilnius", Polşanın "Lodz", Braziliyanın "Pao de Açucar", "Braqantino" və "Korintians" klublarında çıxış edib.
2013-cü ildə "Tottenhem" onu "Korintians"dan 19,73 milyon avroya alıb və iki il sonra Çinin "Quanqzu Everqrande" klubuna 14 milyon avroya satıb. "Barselona" 2017-ci ildə yarımmüdafiəçini 40 milyon avroya transfer edib və bir il sonra 5,5 milyon avroya "Quanqzu Everqrande"yə icarəyə verib. 2019-cu ildə isə Çin klubu onun transfer hüququnu 42 milyon avroya əldə edib.
Paulinyonun transferinə ümumilikdə 126 milyon avro xərclənib.
"Korintians"ın heyətində Braziliya çempionluğunu (2 dəfə), Libertadores Kubokunu (1) və klublararası dünya çempionluğunu (1) qazanan futbolçu "Quanqzu Everqrande" ilə Çin çempionluğuna (3), kubokuna (1), Super Kubokuna (2) və Asiya Çempionlar Liqasına (1) sahib çıxıb. Paulinyo "Barselona" ilə La Liqanın (1) və "Kral Kuboku"nun (1) qalibi olub.
Braziliya yığmasında 56 oyun keçirən futbolçu 13 qola imza atıb. Millinin heyətində iki dəfə "Superclasico de las Americas"ın, bir dəfə FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
Aydın